Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Direktorlar işə qəbul imtahanında biliklərini sınadılar

Namizədlər 120 dəqiqə ərzində fənn və metodika üzrə 60 test tapşırığını cavablandırıblar; nəticələr şəxsi səhifələrə göndəriləcək

87

Bu il keçiriləcək direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət edən, ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya göstəriciləri kifayət etməyən direktor və direktor müavinləri üçün ixtisas üzrə imtahan təşkil edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, namizədlər 120 dəqiqə ərzində fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə 10 olmaqla, ümumilikdə 60 test tapşırığını cavablandırıblar.

İmtahan nəticələri isə yaxın günlərdə hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.