Diqqət! Bank kartınız təhlükədə ola bilər
Daxili İşlər Nazirliyindən vətəndaşlara onlayn fırıldaqlarla bağlı ciddi xəbərdarlıq
Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri artmaqdadır. Fırıldaqçılar çox vaxt özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu kimi hallarla rastlaşan vətəndaşlar dərhal polisə məlumat verməlidirlər. Nazirlik bildirib ki, heç bir bank əməkdaşı müştərilərdən PIN-kod, CVV nömrə, SMS təsdiq kodu və ya şəxsi məlumat istəmir. Əgər kart hesabında şübhəli əməliyyat, icazəsiz çıxarış və ya pul köçürməsi müşahidə olunarsa, dərhal “102” Zəng Mərkəzinə müraciət edilməlidir.
Qurum vətəndaşlara tövsiyə edib ki, kart əməliyyatlarını mütəmadi olaraq yoxlasınlar, mobil tətbiqlərdə bildiriş funksiyasını aktiv saxlasınlar və rəsmi olmayan sayt və keçidlərə daxil olmasınlar. DİN vurğulayıb ki, şübhəli zəng, mesaj və ya link alındıqda reaksiya verməmək, məlumat paylaşmamaq və yalnız bankın rəsmi əlaqə nömrəsi ilə əlaqə saxlamaq vacibdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.