Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Diplomatik səfir bölgədə

Serbiya Respublikasının Azərbaycandakı səfiri Mingəçevirdə işgüzar görüşlər keçirib, şəhərin mədəni və turizm məkanları ilə tanış olub

275

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljevic yanvarın 28-də Mingəçevir şəhərinə işgüzar səfər edib. Səfər zamanı onu müşaviri Jasmina Jazic müşayiət edib.

Diplomat Mingəçevirdə şəhər rəsmiləri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb. Daha sonra səfir və nümayəndə heyəti Mingəçevir Heydər Əliyev Mərkəzini ziyarət edərək ulu öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olub, mərkəzin kitabxana sistemi ilə maraqlanıblar. Səfir xatirə dəftərinə ürək sözlərini yazıb.

Səfər proqramı çərçivəsində Serbiya səfiri və müşaviri şəhərin görməli yerlərinə də baş çəkiblər. Onlar Kür çayı sahilində gəzintiyə çıxaraq təbiət mənzərələrini seyr edib, qağayıları yemləyiblər.

Qeyd olunub ki, bu cür səfərlər təkcə diplomatik əlaqələrin möhkəmləndirilməsinə deyil, eyni zamanda Mingəçevirin turizm potensialının tanıdılmasına və gələcək əməkdaşlıq perspektivlərinin genişlənməsinə xidmət edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.