Bizimlə həyatınız həmişə işıqlı olacaq!

DİN əhalini xəbərdar edir: Telefon zəngi maliyyə itkisinə səbəb ola bilər

Bir zəng, bir mesaj və ya saxta link bank kartınızdakı bütün vəsaiti riskə ata bilər

305

Bayram günlərində kiberdələduzluq faktlarının artdığı müşahidə olunur. Xüsusilə “WhatsApp”, “Telegram” və digər sosial şəbəkələr üzərindən edilən zənglər və mesajlar vasitəsilə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş hallara tez-tez rast gəlinir. Dələduzlar saxta kredit təklifləri, uduşlar və ya kampaniyalar adı altında insanları aldadaraq şəxsi məlumatları əldə etməyə çalışırlar.

Daxili İşlər Nazirliyi bir daha bildirir ki, heç bir bank və ya dövlət qurumu telefon zəngi, mesaj və ya sosial media vasitəsilə kart nömrəsi, CVV/CVC kodu və ya SMS-lə göndərilən birdəfəlik təsdiq şifrəsini tələb etmir. Bu cür məlumatların paylaşılması bank hesabındakı vəsaitin itirilməsinə gətirib çıxara bilər.

Şübhəli zəng, mesaj və ya linklə rastlaşan vətəndaşlara dərhal əlaqəni dayandırmaq, 102 xidmətinə və xidmət göstərən bank qurumuna məlumat vermək tövsiyə olunur.

Vətəndaşlar bank kartlarından istifadə zamanı diqqətli olmalı, kart məlumatlarını və təsdiq kodlarını naməlum şəxslərlə paylaşmamalıdırlar. Unutmayın: bir zəng maliyyə təhlükəsizliyinizi risk altına ata bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.