Bizimlə həyatınız həmişə işıqlı olacaq!

DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirdi

Bakı və Naxçıvanda təşkil olunan imtahanın nəticələri danışıq mərhələsindən iki həftə sonra açıqlanacaq

78

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini başa vurmuş namizədlər üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Bu barədə qurum məlumat yayıb.

İmtahan kompüter vasitəsilə, elektron formatda təşkil olunub. İlkin məlumatlara əsasən, bir iştirakçının üzərində köməkçi material (konspekt) aşkar edildiyi üçün o, imtahandan kənarlaşdırılıb.

Prosesin təşkili üçün 2 bina ayrılıb, imtahanın idarə olunmasına 3 zal administratoru, 2 ümumi rəhbər, 21 nəzarətçi və 3 mühafizə əməkdaşı cəlb edilib.

Yekun nəticələrin danışıq mərhələsi başa çatdıqdan iki həftə sonra elan ediləcəyi bildirilib.

Fevralın 15-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, leksik-qrammatik tapşırıqlar və yazı hissələrindən ibarət olub. Bu mərhələdə iştirak etməyən namizədlər danışıq blokuna buraxılmırlar. Danışıq imtahanı fevralın 19-da keçiriləcək. Həmin mərhələdə iştirak etməyən şəxslər ilk dörd blok üzrə yüksək nəticə göstərsələr belə, onlara müvafiq şəhadətnamə təqdim edilməyəcək.

Qaydalarına əsasən, test tapşırıqlarının hər düzgün cavabı 1 balla qiymətləndirilir və səhv cavablar ümumi nəticəyə təsir etmir. Yazı və danışıq blokları 10 ballıq sistem üzrə dəyərləndirilir. Maksimal nəticə 50 baldır. Namizədlər hər blok üzrə minimum 20 faiz nəticə toplamalı, ümumilikdə isə xarici dil üzrə ən azı 30 bal (əcnəbilər üçün Azərbaycan dili üzrə imtahanda minimum 25 bal) əldə etməlidirlər.

Qeyd edək ki, əcnəbi və vətəndaşlığı olmayan namizədlər üçün Azərbaycan dili və danışıq blokları üzrə imtahan fevralın 16-da keçiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.