Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Hindistandakı səfirliyində bayram tədbiri

Nyu-Dehlidə keçirilən tədbirdə səfirlik əməkdaşları və yerli azərbaycanlılar iştirak edib, milli birlik və həmrəylik mesajları verilib

172

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Hindistandakı səfirliyində bayram tədbiri təşkil edilib.

Mərasimdə səfirliyin əməkdaşları və onların ailə üzvləri ilə yanaşı, Nyu-Dehlidə yaşayan və paytaxtda səfərdə olan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün dünyanın 70-dən artıq ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlını bir araya gətirməyi, milli birliyi və həmrəylik ruhunu möhkəmləndirməyi hədəfləyir.

Səfir vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü harada yaşamalarından asılı olmayaraq bütün soydaşlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil və suveren dövlətimizin maraqlarının qorunmasında, eyni zamanda zəngin tariximizin və mədəni irsimizin təbliğində daha fəal olmasına çağırışdır.

Çıxışlarda həmçinin qeyd olunub ki, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Bu çərçivədə ölkəmizin keçdiyi inkişaf yolu, eləcə də Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan əsas mərhələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.