Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Deputatın uşaq bağçasına gəlişi təsirsiz ötüşmədi

Mingəçevirdəki 15 saylı “Nigar” körpələr evi-uşaq bağçası 1989-cu ildə tikilib. 1992-93-cü illərdə erməni təcavüzü nəticəsində torpaqlarından məcburi köçkün düşmüş soydaşlarımızın bir qismi uzun müddət burada məskunlaşıb. Buna baxmayaraq, 12 qrupluq, 200 yerlik  bağça 8 qrup üzrə fəaliyyətini davam etdirib. İki il öncə məcburi köçkünlər dövlət tərəfindən verilən mənzillərlə təmin olunanda bağça boşaldılsa da, yararsız hala düşdüyündən əksər otaqları istifadəsiz qalıb.

49 sayl Yevlax –Mingəçevir seçki dairəsindən Milli Məclisə deputat seçilən Əli Hüseynli bir müddət əvvəl həmin məkanda olub. Bağça müdiri Bəşarət Mabudovanın dediyinə görə, MM üzvünün dəstəyindən sonra təmirə başlanıb və artıq proses yekunlaşmaq üzrədir. Bağça müdirinin sözlərinə görə, karantin dövrü başa çatdıqdan sonra həyatyanı sahədə abadlıq, yaşıllaşdırma  işləri aparılacaq.

Şərhlər bağlıdır.