Deputatdan vergi təklifi: Aşağı maaşlılar tam azad olsun
Qüdrət Həsənquliyev: 1000 manatdan az maaş alanlar bütün vergilərdən azad edilməlidir
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişikliklər müzakirəsi zamanı təklif irəli sürüb. O bildirib ki, 1000 manatdan az maaş alan şəxslər ümumiyyətlə bütün vergilərdən azad olunsun. Deputat həmçinin ləğv olunmuş vergi güzəştlərinin bərpasını təklif edib: “2500 manata qədər maaş alanlar üçün artıq 3 faiz vergi dərəcəsi müəyyən edilib. Mən hesab edirəm ki, 1000 manata qədər maaş alanlar üçün vergi tam ləğv edilməlidir, 2500 manatdan yuxarı isə mövcud qayda davam etsin”.
Şərhlər bağlıdır.