Deputatdan dərman izah vərəqinə sərt etiraz: “Qəzet çıxarırsınız?”
Xəstələr üçün dərman izahatı çox uzundur, sadə dillə təqdim edilməlidir – deputat Səyyad Salahlı
Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı dərmanların içlik vərəqinin çox uzandığını tənqid edib: “Seçicilərim mənə dərmanların içlik vərəqini veriblər. Qəzet çıxarırsınız? Bu qədər izahat olar? Aptekdən dərman alanda əczaçıya deyirik ki, neçə dəfə içiləcəyini yazsın, vəssalam.”
Spiker Sahibə Qafarova isə bildirib ki, dərman qutusunda izahat olmalıdır və bu, beynəlxalq təcrübəyə uyğundur. Deputat Salahlı isə vurğulayıb ki, izahat xalqın başa düşəcəyi dildə olmalıdır: “Camaat bunu oxuyanda başa düşməlidir. Həkimlər üçün yazılıbsa, xəstəyə lazım deyil.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.