Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Deputat şadlıq zallarının azaldılmasını təklif etdi

Vüqar İskəndərov onların yerində idman komplekslərinin tikilməsinin və ucqar kəndlərdə istedadların aşkarlanmasının vacibliyini vurğuladı

83

Deputat Vüqar İskəndərov şadlıq zallarının sayının azaldılaraq onların yerində idman obyektlərinin inşa olunmasını təklif edib.

mi-news.az-ın “Report”a istinadən yaydığı məlumata görə, o bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyalarının nümayəndələri ilə keçirdiyi birgə iclasda səsləndirib.

Deputat bildirib ki, son illərdə ölkədə idmana maraq əhəmiyyətli dərəcədə artıb və bu istiqamətdə atılan addımlar artıq nəticə verməyə başlayıb. Onun sözlərinə görə, mövcud infrastrukturun genişləndirilməsi xüsusilə regionlarda daha da aktuallaşıb.

“Şadlıq zallarının sayını azaltmalı, onların əvəzində idman qurğuları tikməliyik. Bu gün idmana axın var və biz bu marağı düzgün istiqamətləndirməliyik. Bölgələrdə istedadların erkən aşkarlanması vacibdir. Hələ də bəzi hallarda xaricdən idmançı cəlb etməyə ehtiyac duyuruq. Halbuki ucqar kəndlərdə böyük potensial var və gələcək çempionları məhz orada tapmaq mümkündür”, – deyə o vurğulayıb.

V.İskəndərov əlavə edib ki, rayonlarda gənclər və idman şöbələri fəaliyyət göstərsə də, iş yalnız rayon mərkəzləri ilə məhdudlaşmamalıdır. Onun fikrincə, idmanın inkişafı üçün ən ucqar yaşayış məntəqələrinə qədər sistemli şəkildə çatmaq lazımdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.