Deputat: Cəmiyyəti İranda potensial hadisələrə hazırlamalıyıq
Fazil Mustafa vurğulayıb ki, ictimaiyyət qaçqın axını və humanitar risklərə hazır olmalı, dövlət qurumları bu proseslər barədə açıq məlumat verməlidir
Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və xüsusi xidmət orqanları İranda baş verən proseslər barədə kifayət qədər məlumatlıdır və bu istiqamətdə fəaliyyət göstərir.
Bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında bildirib. Deputat vurğulayıb ki, əsas sual cəmiyyəti potensial hadisələrə necə hazırlamaqdır: “Bu gün bütün dünya İranda baş verə biləcək proseslərə hazırlaşır. Türkiyədən tutmuş digər regional və qlobal aktorlara qədər hər kəs informasiya mühitini, mediasını və cəmiyyətini potensial ssenarilərə uyğunlaşdırır.”
F. Mustafa qeyd edib ki, Azərbaycan ictimaiyyətini tədricən mümkün ssenarilərə öyrəşdirmək və dövlət qurumları vasitəsilə qaçqın axını və humanitar risklərlə bağlı məsələlərdə davranış qaydalarını açıq şəkildə izah etmək vacibdir: “Çünki İranda baş verən proseslər Azərbaycanın təhlükəsizliyi üçün risklər yarada bilər.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.