Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Deputat: Bu ilin iyununda Ermənistanla sülh sazişi imzalana bilər

Milli Məclis yaz sessiyasında Qüdrət Həsənquliyev Azərbaycan- Ermənistan münasibətlərində dehlizlərin açılması və yükdaşımaların rolunu vurğulayıb

96

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərək, 2026-cı il yaz sessiyasının qanunvericilik işlər planına sülh sazişinin müzakirəsinin daxil edilməsini təklif edib.

Deputat bildirib ki, ötən ilin avqustunda ilkin sülh sazişi imzalanıb və sənəd paraflanıb. Hazırda Ermənistan üzərinə Azərbaycan vasitəsilə yüklər daşınır və yanacaq satılır. Bu proses Prezidentin sülhə verdiyi töhfəni göstərir.

Q. Həsənquliyev qeyd edib ki, Azərbaycanın Ermənistanla mövcud dəmir yolu xətləri qısa müddətdə bərpa edilə bilər və Naxçıvanın sürətli inkişafı üçün dəmir yolu ilə yüklərin daşınması vacibdir. O, həmçinin vurğulayıb ki, əgər Ermənistan gələcəkdə Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxararsa, sülh sazişi Konstitusiya dəyişikliklərini gözləmədən bu ilin iyununa qədər imzalanacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.