“Data Jurnalistika” kitabının tədris vəsaiti kimi qəbul edilməsi çox faydalı olardı”
Sentyabrın 4-də Mingəçevir Turizm Kollecində (MTK) Azərbaycan dilinə çevrilmiş “Data Jurnalistikası” kitabının müzakirəsi keçirilib. Kollecin ideoloji mərkəzində təşkil olunan tədbiri MTK-nın direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov açıb. O, informasiyanın həyatımızın ən vacib elementinə çevrildiyini, son illər onlayn medianın ənənəvi mətbuatı sıxışdırdığını bildirib: “Bu gün hər sahədə olduğu kimi, jurnalistikada da ixtisaslaşma gedir. Ölkəmizin böyük turizm potensialı olduğundan turizm jurnalistikasının yaranmasına da ehtiyac var. Turizm təhsili alan insanlar bu sahədə daha yaxşı fəaliyyət göstərə bilərlər. Düşünürəm ki, Azərbaycan dilinə çevrilən “Data Jurnalistika” kitabının gələcəkdə həm bizim kollecdə, həm də digər orta və ali ixtisas məktəblərində tədris vəsaiti kimi qəbul edilməsi çox faydalı olardı”.
Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti (MVA) Fərman Nəbiyev kitabın Avropa Birliyinin maliyyələşdirdiyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində hazırlandığını diqqətə çatdırıb: “Ötən ilin noyabrından etibarən açıq məlumatlara dair Azərbaycanda və Avropada QHT, dövlət qurumları və KİV nümayəndələri üçün təlimlər aparılıb. Məqsəd bu insanlara açıq məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir”.
Şərhlər bağlıdır.