Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Daha 600-ə yaxın tələbəyə pulsuz təhsil imkanı açıldı

Əlavə müsabiqə nəticəsində dövlət sifarişli yerlərdən istifadə edilməmiş tələbələr ödənişsiz təhsil hüququ qazanıblar

12

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə görə, bəzi dövlət sifarişli yerlər istifadəsiz qalmışdı. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında ballarına əsaslanaraq boş qalan yerlərə əlavə müsabiqə keçirilib.

Nəticədə bakalavriat səviyyəsində 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Onların siyahısı müvafiq tədbirlər üçün ali təhsil müəssisələrinə göndərilib, eyni zamanda tələbələrin “Şəxsi kabinet”lərinə məlumat verilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.