Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dəvələr də sənədləşir

Səudiyyə Ərəbistanı yerli sakinlərin dəvələri üçün rəsmi pasport tətbiqinə başlayıb

95

Səudiyyə Ərəbistanı hökuməti yerli sakinlərin dəvələrinə pasport verilməsinə start verib. Bu barədə məlumatı krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkələrdə yayıb.

Nazirlik bildirir ki, pasportun təqdim olunması heyvandarlıq sənayesinin səmərəliliyinin artırılması və dəvələrin məlumat bazasının yaradılması məqsədi daşıyır. Hər bir dəvə üçün verilən pasport heyvan haqqında ətraflı məlumatları — cinsi, sahibinin təfərrüatları, sağlamlıq tarixçəsi və peyvənd məlumatlarını özündə əks etdirəcək.

Rəsmi sənəd yoluxucu xəstəliklərin sürü arasında yayılmasının izlənməsini asanlaşdıracaq və heyvanın sağlamlıq vəziyyətinə dair dəqiq məlumat təmin edəcək. Nazirlik həmçinin vurğulayıb ki, dəvələrin sənədləşdirilməsi mülkiyyət hüququnun təsdiqini sadələşdirəcək və fermerlər üçün seçim prosesini daha səmərəli edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.