Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dərs zamanı məktəbə daxil olan kişi azyaşlıya xəsarət yetirib

Hadisə zamanı 11-ci sinif şagirdinin burnu sınıb, məsələ araşdırılır

9

Tərtər rayonunun Seydimli kəndində məktəbdə xoşagəlməz hadisə baş verib.
Məktəbin 11-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü A. İsayev sinif yoldaşının atası tərəfindən döyülüb.

İlkin məlumata görə, şagirdlər arasında bir müddət əvvəl baş vermiş mübahisə bu insidentə səbəb olub. Məsələnin davamı olaraq sinif yoldaşının atası – kənd sakini Bəxtiyar adlı şəxs dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruq zərbələri endirib.

Zərbənin nəticəsində məktəblinin burnu sınıb. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə barədə Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı tərəflərin izahatları alınıb, ekspertiza təyin edilib. Hazırda rayon polis şöbəsində araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.