Dəm qazı ölümə səbəb oldu
1995-ci il təvəllüdlü qadın evdə boğularaq ölüb
Goranboy rayonunda dəm qazından ölüm hadisəsi baş verib.
Rayonun Goran qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Gülşəm Məmmədova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Qadının meyiti yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.