Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dəhşətli yol qəzası

Avtomobili içkili vəziyyətdə idarə edən şəxs 8 il 6 ay həbs cəzası aldı

29

Şəki şəhərində baş verən ağır yol qəzası iki nəfərin həyatına son qoyub.

Məlumata görə, şəhər sakini Turan Əzizli dostu Elvinlə birlikdə kafedə spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etməyə davam edib. Onlar yolda dayanaraq əlavə pivə də alıblar və içkili vəziyyətdə sükan arxasında hərəkəti davam etdiriblər.

Sürət həddini aşan Turan Əzizli idarəetməni itirərək qarşı zolağa çıxıb və motosikletlə toqquşub. Hadisə nəticəsində motosiklet sürücüsü Natiq Abdullayev və sərnişini Mehman Camalov hadisə yerində dünyasını dəyişiblər.

Faktla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Turan Əzizli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.