Bizimlə həyatınız həmişə işıqlı olacaq!

COP31 iqlim sammitinin ev sahibliyi müəyyənləşdi

Türkiyə Antalyada ev sahibi olacaq, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək

19

Gələn il keçiriləcək BMT-nin COP31 iqlim sammiti üzrə ev sahibliyi məsələsində Türkiyə və Avstraliya arasında yaranmış fikir ayrılığı həllini tapıb.

Avstraliyanın Baş naziri Entoni Albanes Braziliyada aparılan danışıqlar zamanı tərəflərin kompromis razılaşmaya yaxınlaşdığını açıqlayıb. Razılaşmaya əsasən, COP31-in ev sahibi Türkiyə olacaq və tədbir Antalyada keçiriləcək. Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edən ölkə kimi iştirak edəcək.

Qeyd edək ki, əvvəllər hər iki ölkə sammitə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüş və geri çəkilməkdən imtina etmişdi. Albanes razılaşmanı hər iki tərəf üçün “böyük uğur” adlandırıb və əlavə edib ki, sammitdən əvvəl keçiriləcək pre-COP tədbiri Sakit Okean regionunda təşkil olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.