Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Çindən Bakıya ilk 2026-cı il yük qatarı yola düşdü

45 konteyner fotovoltaik modulla yüklənmiş qatar Transxəzər marşrutu ilə 11 günə Bakıya çatacaq

224

“China Energy Engineering Group” şirkətinə məxsus fotovoltaik panellərlə yüklənmiş 45 konteynerdən ibarət Çin–Avropa yük qatarı Sian şəhərindən yola salınıb.

Bu qatar 2026-cı ildə Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz vasitəsilə hərəkətə başlayan ilk yük qatarı kimi qeydə alınıb.

Yanvarın 1-də yola çıxan qatar Horqos sərhəd-keçid məntəqəsindən Qazaxıstan ərazisinə daxil olacaq, daha sonra Xəzər dənizi üzərindən daşınaraq Bakıya çatdırılacaq.

Yüklərin Bakıya qısa müddətdə çatdırılması Sian şəhərinin Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafında fəal iştirakı, eləcə də marşrut üzrə tərəfdaş ölkələrlə birgə logistika xərclərinin azaldılması və daşımaların səmərəliliyinin artırılması istiqamətində görülən ardıcıl tədbirlərlə əlaqədardır.

Hazırda Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yük qatarlarının hərəkəti daha da intensivləşib. Bunun nəticəsində daşınma müddəti əvvəlki 15–23 günlə müqayisədə təxminən 11 günə qədər azalıb.

Qeyd edək ki, Çin–Avropa yük qatarının Sian–Transxəzər xətti ilk dəfə 2019-cu ilin oktyabrında istismara verilib. 2025-ci ilin noyabr ayının sonunadək bu marşrut üzrə ümumilikdə 466 qatar reysi həyata keçirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.