Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cavid Əlizadəyə ABŞ-dan 74 min dollar təqaüd təklif edilib

Cavid Əlizadə Mingəçevirdə doğulub, boya-başa çatıb. İlk təhsilini şəhərdəki Mingəçevir Texniki  Humanitar Liseyinin rus bölməsində,  Aytən Əliyevanın qrupunda alıb.  7-ci sinifdən təhsilini liseyin eksperimental pilot sinfində (keçmiş türk liseyi) davam etdirib.
Hazırda 19 yaşı olan Cavid dünyanın ən tanınmış gəncləri arasındadır. Böyük Britaniyanın İmperial Kollecinə qəbul olub və ona ən yüksək təqaüd təklif edilib.

Cavid bildirir ki, Mingəçevirdə 9-cu sinfi bitirdikdən sonra ailəsi onu Böyük Britaniyaya göndərib: “Xaricdə oxumaq uşaqlıq arzum idi. Valideyinlərimin dəstəyi ilə arzuma çata bildim. Amma xaricdə təhsil almaq heç də asan deyil. Həm də ölkəyə və mühitə inteqrasiya bir az zaman alır. Amma hər şey qaydasına düşdü. Mən Böyük Britaniyanın “Cardiff Sixth Form College”ində oxudum. Çox savadlı uşaqlarla əhatələnmişdim, rəqabət həddən artıq yüksək idi. Bu da məni daha çox çalışmağa vadar edirdi. Onu da deyim ki, sosial şəbəkələrdə heç vaxt olmamışam. Buna qeyri-adi marağım olmayıb. Sadəcə yoldaşlarımla əlaqə saxlamaq üçün onların təşəbbüsü ilə ara-sıra istifadə edirəm”.

Cavid bildirdi ki, təhsilini davam etdirmək üçün ona Böyük Britaniya, Avstraliya, ABŞ və Türkiyədən təkliflər gəlib: “ABŞ-a təklif vermək fikirim yox idi. Sonradan effektiv nəticəmi aldıqdan sonra (1550 bal) qərara gəldim ki, ora da müraciət edim. Hələ ki, Amerika variantı haqqında düşünürəm. O, həm təqaüd, həm də proqram baxımından mənə maraqlıdır. Lafayette Kolleci 74 min dollar təqaüd təklif edir. Dünya sıralamasında 8-ci yerdə qərarlaşan London İmperial kollecini də əldən buraxmaq istəməzdim. Hələ ki, seçim qarşısındayam”.

Şərhlər bağlıdır.