Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Mingəçevir xəbərləri
Mingəçevir
Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.
Təhsildə keyfiyyətə yeni baxış
2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət və İnnovasiya Forumu – 2026” baş tutacaq. Forum ali təhsildə keyfiyyətin artırılması və…
Mingəçevirdə abadlıq layihəsi genişlənir
Mingəçevir şəhərində mənzil fondunun əsaslı təmiri üçün ayrılan vəsait artırılıb. Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi bu məqsədlə açıq tender elan edib. Tenderin qalibi olacaq şirkətə təmir işləri üçün 1 milyon 48 min…
Milli Qəhrəman Natiq Qasımovun büstü açıldı
Bu gün Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun təhsil aldığı 4 nömrəli orta məktəbdə onun büstünün açılışı keçirilib.
Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Qəhrəmanın ailə üzvləri və ictimaiyyət…
Diplomatik səfir bölgədə
Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljevic yanvarın 28-də Mingəçevir şəhərinə işgüzar səfər edib. Səfər zamanı onu müşaviri Jasmina Jazic müşayiət edib.
Diplomat Mingəçevirdə şəhər…
Mingəçevirdə mənzil bazarında qiymət artımı davam edir
Mingəçevirdə son iki ay yarım ərzində mənzillərin satış qiymətləri orta hesabla 10 min manat artıb. Qiymətlərin yüksəlməsi satışa çıxarılan mənzillərin azlığı ilə bağlıdır.
Əmlak üzrə mütəxəssis Saləddin Baxşəliyev bildirib ki, bu artım…
Minlərlə mingəçevirli Şəhidlər Xiyabanında
Mingəçevir şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq artıq bir neçə gündür silsilə anım tədbirləri keçirilir. Bu çərçivədə şəhərin ümumtəhsil və orta ixtisas məktəblərində faciəyə həsr olunmuş xüsusi dərslər təşkil…
Mingəçevir Bələdiyyəsinin 2025-ci il ərzindəki fəaliyyəti barədə HESABATI
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ildə fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
2025-ci ildə bələdiyyə 32 iclas keçirib. Daimi…
Mingəçevirdə Avtomobil Qəzası Ağaclara Zərər Verib
Mingəçevirdə baş vermiş avtomobil qəzası nəticəsində 10 ağac zədələnib.
Hadisə Heydər Əliyev prospekti ilə Yüksək Texnologiyalar Parkı yaxınlığındakı yaşıllıq zolağında baş verib. Qəzada 10 ağac kökündən qopub, həmçinin bir işıq dirəyi də…
Mingəçevirdə Həmrəylik Günü və Yeni il coşqu ilə qeyd olundu
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Mingəçevir şəhəri Heydər Əliyev meydanında bayram tədbiri keçirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Şəhər İcra…