Bizimlə həyatınız həmişə işıqlı olacaq!
Mingəçevir xəbərləri

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevirdə növbəti səyyar görüş keçirilib

Mingəçevir şəhər sakinləri ilə növbəti səyyar görüş keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mütəmadi təşkil olunan belə görüşlərdə iştirakçıları narahat edən məsələlərin həlli üçün yerindəcə göstərişlər…

Mingəçevirdə marketdə faciə

Mingəçevər şəhərində yerləşən marketlərdən birində ölüm faktı baş verib. Hadisə 20 Yanvar küçəsində fəaliyyət göstərən “Qədiroğlu” marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Alış-veriş məqsədilə marketə daxil olan, 1953-cü il…

Mingəçevirdə istehsalatda faciə

Mingəçevər şəhərində fəaliyyət göstərən çörək zavodunda çalışan bir işçi iş zamanı dünyasını dəyişib. Hadisə axşam saatlarında Samux küçəsində yerləşən istehsalat müəssisəsində qeydə alınıb. 1975-ci il təvəllüdlü Rəhman Əhmədovun iş…

Mingəçevirdə dəm qazından zəhərlənmə

Mingəçevirdə baş verən bədbəxt hadisə nəticəsində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin bağlar yaşayış massivində qeydə alınıb. Məlumata görə, ailə üzvləri yaşadıqları evin mətbəxində dəm qazının sızması səbəbindən…