Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cənub-Şərqi Asiyada sağlamlıqla bağlı yeni açıqlama

Səhiyyə Nazirliyi virusun ölkədə aşkarlandığını təsdiqləsə də, yoluxma halının qeydə alınmadığını bildirir

113

“Tayland Krallığının Səhiyyə Nazirliyi ölkədə aparılan araşdırmalar zamanı meyvə yarasalarında Nipah virusunun izlərinin müəyyən edildiyini açıqlayıb.” Bu barədə yerli Bangkok Post nəşri məlumat yayıb.

Nazir müavini Sophon Iamsirita Warne bildirib ki, virusun mövcudluğu təsdiqlənsə də, onun səviyyəsi əvvəllər epidemiya qeydə alınmış ölkələrlə müqayisədə xeyli aşağıdır. Onun sözlərinə görə, virus yalnız bəzi heyvan növləri tərəfindən daşınır və əsas yoluxma riski xəstəliyin yayıldığı ölkələrdən gələn insanlarla bağlıdır.

Rəsmi şəxs qeyd edib ki, hazırda Tayland ərazisində Nipah virusuna yoluxma faktı qeydə alınmayıb. Bununla belə, Banqladeş və Hindistanın Qərbi Benqal əyalətində mövcud epidemioloji vəziyyət diqqətlə izlənilir.

O vurğulayıb ki, sözügedən bölgələrdən Suvarnabhumi, Don Mueang və Phuket hava limanlarına birbaşa uçuşların mövcud olması səbəbindən nəzarət tədbirləri gücləndirilib. Həmin ölkələrdən gələn sərnişinlərin yoxlanılması davam etdirilir.

Xatırladaq ki, Nipah virusu ilə bağlı əvvəlki illərdə Hindistanda ciddi yoluxma halları müşahidə olunmuşdu.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.