Cənub bölgəsində alça ağacı ikinci dəfə bar verdi
Lənkəranda dekabr ayında ağac çiçəklənərək meyvə gətirdi
Lənkəran rayonu, Şağlaser kəndində yerləşən 79 yaşlı Pənci Ağayevin həyətyanı sahəsində alça ağacı qeyri-adi hadisə ilə diqqət çəkib. Yaz-yay mövsümündə bar verən ağac dekabr ayında yenidən çiçəklənərək meyvə verməyə başlayıb.
Təxminən 10 il əvvəl əkilən ağac bu il ilk dəfə ikinci dəfə məhsul verib. Ev sahibinin sözlərinə görə, ağac hər zaman bol məhsul verir, lakin qış fəslində yenidən bar verməsi çox nadir rast gəlinən haldır.
“Bu yaşımda ilk dəfədir alça ağacının ikinci dəfə meyvə verdiyini görürəm. Dekabr ayıdır, hava adətən soyuq olmalıdır, amma bu il isti keçdi. Bağdakı digər ağaclar da oyanıb, gül açıb. Bir alçanı dadmaq üçün dərdim — tam yetişməsə də turşuluğu əladır. Yetişəndə dadı daha da zəngin olacaq” — deyə Pənci Ağayev bildirib.
Onun sözlərinə görə, əgər hava şaxtalı olmazsa, ağac meyvəni saxlaya bilər və yay mövsümündəki ləzzətini qoruyacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.