Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cəlilabadda vətəndaşa verilən 20 arı ailəsi qısa müddətdə tələf oldu

Arı ailələrinin xəstəlikdən məhv olduğu bildirilir

41

Cəlilabad rayonunda Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə vətəndaşa təqdim edilən 20 arı ailəsi bir neçə gün ərzində məhv olub.

Pərdi kənd sakini Asif Əliyev təsərrüfat yaratmaq məqsədilə müraciəti əsasında 20 arı ailəsi ilə təmin edilib. Lakin qısa zaman sonra bütün arıların tələf olduğu aşkarlanıb.

A. Əliyevin sözlərinə görə, arılar xəstəlik səbəbindən məhv olub. O, vəziyyətlə bağlı Dövlət Məşğulluq Xidmətinə müraciət edib və qurumun nümayəndələri təsərrüfata baxış keçiriblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.