Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cəbhədə vəziyyət gərginləşir

Donetsk istiqamətində ağır döyüşlər davam edir — Zelenski “mühasirə iddialarını yalan” adlandırdı, analitiklər isə təhlükənin hələ də real olduğunu bildirirlər.

5

Rusiya ordusu Ukraynanın şərqində hücumlarını genişləndirərək, səylərini Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhərinə yönəldib.

“Financial Times”ın məlumatına görə, aylarla ləng irəliləyişdən sonra Rusiya bölmələri artıq şəhər ərazisinə daxil olub. Ukrayna qüvvələri isə düşmənin hücumlarını dəf etmək üçün şiddətli döyüşlər aparır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov təxminən 5 500 Ukrayna hərbçisinin Pokrovsk yaxınlığında mühasirəyə alındığını iddia edib. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski Pokrovskda vəziyyətin “çox çətin” olduğunu etiraf etsə də, Gerasimovun iddiasını “tamamilə yalan” adlandırıb.

Hərbi analitik Kostyantin Maşovets bildirib ki, Ukrayna bölmələrinin tam mühasirəyə alınmasından danışmaq üçün hələ əsas yoxdur, amma təhlükə realdır:

“Düşmən əsas istehkamlardan yan keçərək cinahlardan şəhərə daxil olan kiçik qruplardan istifadə edir,” – deyə o qeyd edib.

Maşovetsin sözlərinə görə, 3-5 nəfərlik rus piyada qrupları şəhərin cənub hissəsində aktiv hərəkət edir, müdafiə xəttində qarışıqlıq yaradır və Ukrayna qoşunlarının diqqətini yayındırır.

Pokrovskdan əlavə, Rusiya qüvvələri Donetsk vilayətinin Liman və Kostyantinivka istiqamətlərində də irəliləyir. Bununla yanaşı, “DeepState” monitorinq qrupu xəbər verir ki, Ukrayna ordusu Pokrovskun şimalında yerləşən və avqustda itirilmiş üç kəndi geri alıb.

Eyni zamanda Rusiya qoşunları Xarkov vilayətinin Kupyansk şəhərinin mərkəzinə, eləcə də Dnepropetrovsk vilayətinin bəzi ərazilərinə doğru irəliləməyə davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.