Bütün siniflərdə “Azərbaycan tarixi” dərsi Azərbaycan dilində olacaq
“Azərbaycan tarixi” dərsi bütün şagirdlər üçün vahid dildə tədris ediləcək
Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili ilə bağlı yeni tədris planlarını açıqlayıb.
Nazir bildirib ki, bütün Azərbaycan vətəndaşları təhsil aldıqları dildən asılı olmayaraq Azərbaycan dilini mükəmməl bilməlidirlər. Bu məqsədlə Azərbaycan dili fənn saatlarının artırılması da planlaşdırılır.
“6-cı sinifdən etibarən hansı dildə təhsil alırlarsa-alsınlar, bütün şagirdlər ‘Azərbaycan tarixi’ fənnini Azərbaycan dilində öyrənməlidirlər”, – deyə nazir əlavə edib.
Qeyd olunur ki, 2025-2026-cı tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-VI siniflərində, digər dillərdə tədris aparılan siniflərdə də “Azərbaycan tarixi” dərsi Azərbaycan dilində keçiriləcək. Daha əvvəl bu fənn yalnız həmin siniflərin təhsil aldığı dilə uyğun tədris olunurdu.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.