Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bütün bölgələrdə hava kəskin dəyişdi

Bir çox bölgələrdə leysan və güclü külək qeydə alındı

25

Avqustun 12-si saat 09:00-a olan məlumata əsasən, Azərbaycanın əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunub. Bir sıra ərazilərdə leysan xarakterli yağışlar yağıb, şimşək çaxıb.

Yağıntının miqdarı Astarada 14 mm, Balakəndə 10 mm, Lənkəranda 8 mm, Qubada 6 mm, Zaqatala, Qəbələ və Qaxda 5 mm təşkil edib. Göyçay, Lerik, Goranboy, Ordubad rayonlarında isə 2 mm, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm olub.

Avqustun 11-də bəzi bölgələrdə şərq küləyi əsib. Culfada küləyin sürəti 21 m/s, Tərtərdə isə 18 m/s-ə çatıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.