Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Buraxılış imtahanı ölkə üzrə təşkil edildi

DİM minlərlə şagirdin iştirakı ilə keçirilən imtahanın nəticələrinin 7 həftəyə açıqlanacağını bildirdi

165

DİM tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil edib.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 bina və 4311 imtahan zalı ayrılıb. Prosesin idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılış rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, görmə qabiliyyəti ciddi məhdud olan iştirakçılara fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin binalara və zallara rahat daxil olması üçün zəruri şərait yaradılıb.

Bu gün saat 15:30-da DİM-in “YouTube” kanalı vasitəsilə canlı yayım təşkil olunacaq. Canlı yayım zamanı Mərkəzin məsul şəxsləri və ekspertlər imtahanda istifadə edilən test tapşırıqlarını izah edəcək, qapalı və kodlaşdırılan açıq tipli sualların düzgün cavablarını təqdim edəcəklər. Şagirdlər suallarını yayımın şərh bölməsində ünvanlaya bilərlər.

Martın 10-dan etibarən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İlkin məlumata əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan kənarlaşdırılıb. Faktlar protokollaşdırılıb və araşdırma aparılır.

Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt apardığından nəticələrin təxminən 7 həftə ərzində elan olunması planlaşdırılır.

İmtahan iştirakçıları, valideynlər və müəllimlər bütün test tapşırıqlarının izahlarını və etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından elektron formada əldə edə biləcəklər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.