Bu ölkədə seçki qaydalarında sərt dəyişiklik: uşaqlara qadağa gəldi
Prezidentin imzaladığı yeni qanunla yetkinlik yaşına çatmayanların seçki təşviqatında iştirakı və təşviqat materiallarının yayılması tam qadağan olundu
Qırğızıstanda seçki qanunvericiliyinə edilən yeni dəyişikliklərlə uşaqların seçki təşviqatına cəlb olunmasına qadağa qoyulub.
Prezident Sadır Japarov prezident və Joqorku Keneş seçkiləri ilə bağlı Konstitusiya qanununa düzəlişləri təsdiqləyib. Yenilənmiş sənəd yetkinlik yaşına çatmayanların seçki kampaniyalarında iştirakına dair qaydaları daha dəqiq müəyyənləşdirir və təşviqat materiallarına olan tələbləri sərtləşdirir.
Dəyişikliklərə görə, qanunun 22-ci maddəsində 18 yaşdan aşağı şəxslərlə bağlı əvvəlki norma ləğv edilib və onun yerinə yeni müddəa əlavə olunub. Yeni qaydaya əsasən, yetkinlik yaşına çatmayanların təşviqat aparması, eləcə də təşviqat xarakterli materialların hazırlanması və yayılması qadağan edilir.
Eyni zamanda qeyd olunur ki, əgər azyaşlılar seçicilərlə görüşlərdə təşviqat məqsədi olmadan iştirak edirlərsə, bu halda namizəd onların orada olmasına görə məsuliyyət daşımayacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.