Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu il 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı məlum oldu

DİM ixtisas qrupları üzrə 500+ və 600+ bal toplayanların statistikasını açıqladı

57

Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin statistikasını açıqlayıb.

Məlumata görə, ixtisas qrupları üzrə 500 və 600-dən yuxarı bal toplayanların sayı belədir:

I ixtisas qrupu:

  • Riyaziyyat–kimya (RK): 500+ bal – 1 166 nəfər, 600+ bal – 336 nəfər

  • Riyaziyyat–informatika (Rİ): 500+ bal – 2 081 nəfər, 600+ bal – 715 nəfər

II ixtisas qrupu:

  • 500+ bal – 1 075 nəfər

  • 600+ bal – 2 018 nəfər

III ixtisas qrupu:

  • 500+ bal – 3 927 nəfər

  • 600+ bal – 1 005 nəfər

IV ixtisas qrupu:

  • 500+ bal – 2 135 nəfər

  • 600+ bal – 968 nəfər

DİM sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edərək ixtisas seçimində diqqətli olmağı tövsiyə edib:

“Bugünkü seçimə məsuliyyətlə yanaşmalısınız. Artıq imtahanlar başa çatıb. İndi isə sizə təqdim olunan məlumatlardan – abituriyent jurnalından və statistik göstəricilərdən düzgün istifadə etməyi bacarmalısınız. Öz prioritetlərinizi müəyyənləşdirərək seçim etməlisiniz. Ən doğru qərar sizin öz qərarınızdır. Bal sizin əməyinizdir, ixtisas və universitet seçimi də sizin seçiminiz olmalıdır. Siz düşünməlisiniz ki, 4 il sonra əmək bazarına addım atanda hansı sahədə öz yerinizi tapa biləcəksiniz. Ona görə də ixtisas seçiminə çox məsuliyyətlə yanaşmalısınız”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.