Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Böyük Qayıdış: Hadrut və Badaraya ilk köç karvanı çatdı

İlk mərhələdə Hadruta 10, Badaraya isə 14 ailə köçürülüb; sakinlər dövlət qayğısına görə minnətdarlıq ediblər

8

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə ilk köç karvanı yola salınıb. Köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

İlk mərhələdə Badara kəndinə 14 ailə (55 nəfər), Hadrut qəsəbəsinə isə 10 ailə (41 nəfər) köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər. Onlar həmçinin torpaqları azad edən qəhrəman Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirərək, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.