Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Böyük Qayıdış davam edir — Xocalıya növbəti köç dalğası

Xanyurdu kəndinə daha 18 ailə yola salındı, azad ərazilərdə həyat canlanır

13

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam edir. Bu mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç prosesi başlayıb.

Bu gün kəndə daha 18 ailə — ümumilikdə 69 nəfər köçürülüb. Yeni sakinlər üçün infrastruktur tam şəkildə qurulub, evlər, məktəb, tibbi məntəqə və digər sosial obyektlər istifadəyə verilib.

Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində həm geri qayıdan keçmiş məcburi köçkünlər, həm də dövlət qurumlarının yerli bölmələrində çalışan əməkdaşlar, müəllimlər, həkimlər və digər sahə mütəxəssisləri fəaliyyət göstərir. Bu ərazilərdə ümumilikdə 50 mindən çox insan yaşayır və bölgədə həyat getdikcə daha da canlanır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.