Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bolt” taksi gedişhaqqını artırdı

Qiymətlər 5–10 faiz arasında dəyişir, sürücülərə tətbiq vasitəsilə bildiriş göndərilib və dəyişikliklər qanuna uyğundur

53

“Bolt” taksi xidməti Azərbaycanda qiymətləri təxminən 10 faiz artırıb. Sürücülərə bu barədə artıq bildirişlər göndərilib.

“Bolt”dan bildirilib ki, platforma üzərindən göstərilən taksi xidmətlərində gedişhaqqı bir sıra amillərə əsaslanır. Bunlara yol hərəkətinin sıxlığı, sifarişə olan tələbat, mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərcləri və tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir.

Qiymət dəyişiklikləri ümumilikdə 10 faiz civarında olmaqla regiondan asılı olaraq 5-10 faiz arasında dəyişir. Hər bir sürücü yalnız fəaliyyət göstərdiyi şəhər üçün bu barədə tətbiq daxilində məlumatlandırılıb. Dəyişikliklər Azərbaycan qanunvericiliyinə tam uyğun həyata keçirilir

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.