Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bolqarıstan prezidenti Rumen Radev istefa verdi

Radev növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir, prezident səlahiyyətləri müvəqqəti olaraq parlament sədrinə keçəcək

61

Bolqarıstanın dövlət başçısı Rumen Radev istefa verdiyini açıqlayıb. Bu barədə yerli BTV televiziya kanalının yaydığı məlumatda bildirilib.

Məlumata görə, Radev qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyi planlaşdırır. Onun istefasından sonra prezident səlahiyyətlərinin müvəqqəti olaraq parlamentin sədri Raya Nazaryana keçəcəyi qeyd olunub. Qanunvericiliyə əsasən, iki ay ərzində yeni prezident seçkilərinin elan edilməsi, daha sonra isə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Rumen Radev ölkədə ən yüksək ictimai dəstəyə malik siyasətçilərdən biri hesab olunur. Bununla belə, Avropa İttifaqına üzv olan bir çox parlament respublikalarında olduğu kimi, Bolqarıstan prezidentinin səlahiyyətləri məhdud xarakter daşıyır.

Son günlər ölkə daxilində Radevin yeni siyasi platforma formalaşdıracağı və erkən parlament seçkilərində fəal rol alacağı ilə bağlı müzakirələr daha da intensivləşib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.