Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Belçika Trampın açıqlamalarını sərt tənqid etdi

Baş nazir De Vever Avropanı “ac tırtıl”a qarşı durmağa və müdafiə imkanlarını gücləndirməyə çağırdı

306

Belçikanın Baş naziri Bart De Vever ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib. O, Vaşinqtonun hədələrini şərh edərkən Trampı “ac tırtıl”a bənzədib və Avropanı daha fəal mövqe tutmağa çağırıb.

Baş nazir vurğulayıb ki, indiyədək ABŞ-la münasibətlərdə tətbiq olunan diplomatik “yalvarış və dilə tutma” siyasəti nəticə vermir və vəziyyəti daha da mürəkkəbləşdirir. “Bəsdir! Avropa Donald Trampa qarşı durmalıdır”, – deyə De Vever qeyd edib.

O, həmçinin Avropa ölkələrini birgə müdafiə imkanlarını gücləndirməyə və potensial təhlükələrə qarşı hazırlıqlı olmağa çağırıb. De Veverin fikrincə, Qrenlandiya məsələsində ABŞ-ın mümkün hərbi addımları fonunda artıq sadəcə diplomatik bəyanatlar kifayət etmir və Avropanın maraqlarını qorumaq üçün konkret addımlar atılmalıdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.