Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iri banklarının müştəriləri rəqəmsal xidmətlərdə fasilələrlə üzləşiblər.
TAСС-a istinadən məlumat verilir ki, problemlər İran tərəfindən edilən zərbələr nəticəsində zədələnmiş Amazon Web Services (AWS) məlumat mərkəzində baş verən hadisələrlə əlaqədardır.
BƏƏ-nin ən böyük banklarından biri olan First Abu Dhabi Bank (FAB)-ın mobil tətbiqi bəzi istifadəçilər üçün hazırda əlçatan deyil. Sistemdə giriş cəhdləri zamanı “Xəta baş verdi, bir qədər sonra yenidən cəhd edin” mesajı göstərilir. Ölkənin ikinci ən iri bankı Emirates NBD bəzi müştəriləri alternativ xidmətlərdə çətinliklərlə qarşılaşa biləcəkləri barədə məlumatlandırıb.
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.