Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bayram və istirahət günlərində işləyənlər üçün böyük yenilik

Yeni qanun işçilərin saatlıq və gündəlik əməkhaqqısını artırır, istirahət və bayram günlərində işləmək əlavə gəlir gətirəcək

74

Azərbaycan Prezidenti əmək qanunvericiliyində dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər işçilərin əmək hüquqlarını daha da gücləndirir və işçi–işəgötürən münasibətlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin edir.

Deputat Vüqar Bayramov bildirib ki, ən vacib yeniliklərdən biri istirahət, səsvermə, bayram və ümumxalq hüzn günlərində işləyənlərin əməkhaqqının hesablanması ilə bağlıdır. Artıq bu günlərdə işləyən şəxslərin maaşı yalnız gündəlik deyil, saatlıq tarif əsasında da hesablanacaq. Beləliklə, iş saatları normal iş vaxtından artıqdırsa, həmin saatlara görə əməkhaqqı ikiqat ödəniləcək.

Məsələn, saatlıq tarifi 30 manat olan işçi bu günlərdə 4 saat işləyirsə, ona 120 manat deyil, minimum 240 manat maaş ödənəcək. Yeni dəyişiklik saatlıq vəzifə maaşı anlayışını qanuna daxil edərək, işçilərin hüquqlarının qorunmasını və daha yüksək ödəniş əldə etməsini təmin edir.

Eyni zamanda, saatlıq iş rejiminə keçid müzakirə olunduğundan, bu yenilik maaşların beynəlxalq standartlara uyğun hesablanmasına imkan yaradacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.