Bayram günlərinin iş qrafiki
31 dekabr – 4 yanvar tarixlərində 15 bankın 166 satış nöqtəsi, “Azərpoçt”un 68 şöbəsi və valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək
31 dekabr–4 yanvar tarixlərini əhatə edən qeyri-iş günlərində ölkə üzrə bankların filial və şöbələri, həmçinin “Azərpoçt” MMC-nin poçt şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyətini davam etdirəcək.
Məlumat Azərbaycan Mərkəzi Bankına istinadən yayılıb. Bildirilib ki, bayram günlərində həm yerli vətəndaşların, həm də Azərbaycana səfər edən turistlərin valyuta mübadiləsi xidmətlərinə fasiləsiz çıxışının təmin olunması məqsədilə xüsusi iş qrafiki tətbiq ediləcək.
Bu müddətdə 15 bankın ümumilikdə 166 satış nöqtəsi müştərilərə xidmət göstərəcək. Onlardan 4 bank üzrə 9 satış nöqtəsi 24 saatlıq rejimdə fəaliyyət göstərəcək. Eyni zamanda, “Azərpoçt”un 68 şöbəsi, eləcə də valyuta mübadiləsi üzrə lisenziyaya malik 7 məntəqə və onların əlavə obyektləri (o cümlədən 2-si gecə-gündüz rejimində) açıq olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.