Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Milli Hidrometeorologiya Xidməti martın 7–9-da ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3–6, gündüz 6–10 dərəcə isti təşkil edəcək.
Naxçıvan və dağlıq rayonlarda hava arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur. Gecə temperaturun 2–7 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı bildirilir.
Qarabağ, Şərqi Zəngəzur və digər dağlıq bölgələrdə də yağıntılı hava şəraiti və qar proqnozlaşdırılır. Aran rayonlarında isə arabir yağış yağacağı, temperaturun gecə 2–5, gündüz 6–9 dərəcə isti olacağı gözlənilir.
Lənkəran-Astara bölgəsində yağış, dağlıq ərazilərdə isə qar ehtimalı var. Ümumilikdə martın 9-u axşama doğru yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır.
Əvvəlki yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.