Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bayram günləri məzuniyyətə düşəndə nə dəyişir?

Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər Qurban, Ramazan və digər rəsmi bayramlarla üst-üstə düşən məzuniyyət günlərinin necə hesablanacağını müəyyənləşdirir.

334

Qurban və Ramazan bayramlarının digər rəsmi bayramlarla eyni vaxta təsadüf etməsi halında əmək məzuniyyətinin hesablanma qaydası açıqlanıb. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Yeni qaydalara əsasən, əmək məzuniyyəti dövrünə düşən və iş günü hesab edilməyən rəsmi bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və həmin günlər üçün ödəniş aparılmır.

Eyni zamanda, məzuniyyət müddətinə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günü sayılmır və ödənişə cəlb olunmur. Lakin bu günlərin sayı qədər əmək məzuniyyətinin müddəti avtomatik olaraq uzadılır.

Qanunvericiliyə edilən dəyişikliyə görə, əgər Qurban və ya Ramazan bayramı iş günü hesab edilməyən başqa bir rəsmi bayramla üst-üstə düşərsə və bu tarixlər əmək məzuniyyəti dövrünə təsadüf edərsə, həmin günlər yalnız bir gün kimi nəzərə alınacaq.

Qeyd edək ki, cari ildə Novruz və Ramazan bayramları eyni tarixlərdə qeyd olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.