Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bank kartlarına kiber təhlükələrə qarşı kompleks tədbirlər effekt göstərir

DİN və Mərkəzi Bankın əməkdaşlığı nəticəsində onlayn oğurluq və saxta saytlar bloklanıb, kart sahibləri xəbərdar edilir

283

Daxili İşlər Nazirliyi və Mərkəzi Bank arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində bank kartlarına qanunsuz müdaxilə, onlayn oğurluq və dələduzluq hallarının qarşısının alınması üçün sistemli tədbirlər görülür. Rəsmi məlumata görə, bu tədbirlər artıq müsbət nəticələr verməkdədir.

Ötən il aparılan əməliyyatlar zamanı onlayn məkanda talama məqsədilə fəaliyyət göstərən 372 saxta sayt, link və keçid müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına əhəmiyyətli təsir göstərib.

Aparılan təhlillər göstərir ki, kart sahibləri şübhəli əməliyyatla qarşılaşdıqda dərhal müştəri olduqları bankı məlumatlandırdıqda, qabaqlayıcı tədbirlər daha effektiv olur. Bu, həm kartdakı vəsaitin oğurlanmasının qarşısını alır, həm də kiber risklərin operativ şəkildə neytrallaşdırılmasına imkan verir.

DİN bir daha vətəndaşlara xəbərdarlıq edir: hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta sayt aşkar etdikdə dərhal bank və polis orqanları ilə əlaqə saxlamaq vacibdir. Bu, şəxsi maliyyə təhlükəsizliyi və ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.