Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Balıq bazarında son vəziyyət

Kvota tətbiqindən sonra farel balığının qiymətində artım müşahidə olunur

433

Balıq və digər su bioresurslarının ovlanması ilə bağlı kvota bölgüsü təsdiqlənib. Ov fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq sənədlərlə “Balıqçılıq və Akvakultura Mərkəzi”nə, eləcə də bölgələrdə fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Sənaye və əmtəə məqsədli ov üçün tətbiq olunan rüsumlar balığın növünə görə dəyişir. Bu qərarın bazara təsiri isə artıq hiss olunmağa başlayıb.

Balıq satıcılarının sözlərinə görə, hazırda bazarda ən çox tələbat farel və sazan balığına yönəlib. Xüsusilə farelin qiymətində artım qeydə alınıb. Bir neçə gün əvvələ qədər 16–17 manata təklif olunan farel hazırda daha baha qiymətə satılır.

Satıcılar hesab edirlər ki, kvota tətbiqi və ov şərtlərinin sərtləşdirilməsi gələcəkdə balıq qiymətlərinə əlavə təsir göstərə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.