Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıdan Ağdama Yeni Avtobus Xidməti Başlayır

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə müntəzəm nəqliyyat təmin edilir.

21

Sentyabrın 26-dan etibarən Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq. Bu addım “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayan vətəndaşların rahat və keyfiyyətli nəqliyyatla təmin olunması məqsədini daşıyır.

Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və marşrut üzrə son dayanacaq Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi olacaq. Aralıq dayanacaq isə Quzanlı qəsəbəsi təyin edilib.

Gedişlər hər gün Bakıdan Ağdama saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da həyata keçiriləcək. Bir istiqamət üçün bilet qiyməti 13,90 AZN-dir.

Biletləri yalnız “biletim.az” portalı üzərindən onlayn şəkildə əldə etmək mümkündür. Azərbaycan vətəndaşları bilet alarkən işğaldan azad olunmuş ərazilərə giriş icazələrini avtomatik olaraq alacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.