Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıdakı tarixi abidədən qanunsuz istifadəyə son qoyuldu

Yasamal rayonunda yerləşən dövlət mühafizəsindəki memarlıq abidəsi hamamın icazəsiz istifadəsi dayandırıldı

6

Bakı şəhərində yerləşən tarixi memarlıq abidələrinə keçirilən yoxlamalar zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi 48 ünvanında yerləşən və dövlət tərəfindən qorunan (inventar nömrəsi 3574) hamamın icazəsiz istifadə edildiyi aşkarlanıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verib ki, aparılan araşdırma zamanı təqdim edilmiş icarə müqaviləsinin müddətinin bitdiyi müəyyən olunub.

Qanunvericiliyə görə, tarixi və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəsi, icarəyə verilməsi və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsi yalnız Dövlət Xidmətinin razılığı ilə mümkündür. Araşdırma göstərib ki, sözügedən hamam aidiyyəti qurumların razılığı olmadan istifadə edilib və icarəyə verilib.

Məlum olub ki, qeyri-yaşayış sahəsi ilə bağlı 01.01.2021-ci il tarixli 8379/505 nömrəli icarə müqaviləsi mövcud olsa da, Bakı Kommersiya Məhkəməsinin 07.06.2023-cü il tarixli qətnaməsinə əsasən, müqaviləyə xitam verilib. Lakin abidənin icazəsiz istifadəsi davam etdirilib.

Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində tarixi abidədən qanunsuz istifadə halları tamamilə dayandırılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.