Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda genişmiqyaslı polis əməliyyatı

60 kiloqram narkotik vasitə ələ keçirildi

23

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi paytaxtda daha bir uğurlu əməliyyata imza atıb. Qanunsuz dövriyyəyə daxil edilən böyük miqdarda narkotikin qarşısı alınıb.

Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov saxlanılıb. Onun üzərindən 60 kiloqram marixuana aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxs cinayət məsuliyyətindən yayınmaq üçün narkotikləri taksi sürücüləri vasitəsilə daşıtdırıb.

İstintaq materiallarına görə, Məhərrəmov müxtəlif vaxtlarda İran vətəndaşları ilə əlbir olaraq ölkə ərazisində narkotik vasitələrin yayılmasını təşkil edib. Faktla bağlı cinayət işi açılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.