Bakı və İrəvan arasında enerji əməkdaşlığı
Ermənistan Azərbaycandan neft idxalının bazar prinsiplərinə uyğun həyata keçiriləcəyini açıqlayıb
Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Mqer Qriqoryan təsdiqləyib ki, Azərbaycanla neft və neft məhsullarının idxalı məsələsi Qəbələdə azərbaycanlı həmkarı Şahin Mustafayevlə müzakirə olunub.
“Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”, – Qriqoryan bildirib.
O əlavə edib ki, yanacaq idxalı ilə bağlı gələcək əməkdaşlıq özəl ixracatçılar və idxalçılar arasında bazar prinsiplərinə uyğun həyata keçiriləcək.
Ermənistan və Azərbaycan həmçinin Azərbaycan yanacağının idxalından əlavə, qarşılıqlı ticarətin digər sahələrini də müzakirə edir, lakin Mqer Qriqoryan bu mövzuda konkret detallar açıqlamayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.