Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakı avtobuslarının iş saatı bayram günlərində uzadıldı

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə sərnişinlər fasiləsiz daşınacaq

906

31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il bayramı ilə əlaqədar, Bakı şəhərində fəaliyyət göstərən müntəzəm avtobus marşrutları 1 Yanvar saat 01:30-dək işləyəcək.

AYNA-nın məlumatına görə, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi ərazilərində keçiriləcək Yeni il şənlikləri və atəşfəşanlıq səbəbindən sərnişin axınının artıracağı gözlənilir. Bu səbəbdən, müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin olunması üçün müvafiq tapşırıqlar verilib.

Qeyri-iş günlərində də sərnişindaşıma qanunvericiliyə uyğun təşkil olunacaq, sürücülərin təsdiq edilmiş hərəkət qrafikinə riayət etməsinə nəzarət gücləndiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.