Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakı Avrasiya Universitetində təyyarə qəzasında dünyasını dəyişən tələbəmiz Mahmud Tutunçiyevin xatirəsi anılıb

Bakı Avrasiya Universitetinin (BAAU) Marketinq ixtisasının III kurs tələbəsi Mahmud Tutunçiyev 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirib.

Universitetin girişində M.Tutunçiyevin əziz xatirəsini anmaq üçün xatirə guşəsi yaradılıb. BAAU-nun rəhbərliyi, akademik-inzibati heyət üzvləri və tələbələr guşənin önünə gül dəstələri qoyub, onu ehtiramla yad ediblər.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.